SON DƏQİQƏ

Lukaşenkonın istefasını tələb edənlərin sayı artır.

Tarix:19-10-2020, 09:43

Daxili İşlər Nazirliyi gücdən istifadə olunacağıyla bağlı xəbərdarlıq etmişdi. Minsk küçələrinə hərbi yük maşınları və su vuran maşınlar yerləşdirilsə də, polis onlardan əsasən istifadə etməyib

 

Oktyabrın 18-də Minskdə və Belarusun digər şəhərlərində onminlərlə insan küçələrə çıxaraq Aleksandr Lukaşenkonın istefasını tələb edib.

Daxili İşlər Nazirliyi gücdən istifadə olunacağıyla bağlı xəbərdarlıq etmişdi. Minsk küçələrinə hərbi yük maşınları və su vuran maşınlar yerləşdirilsə də, polis onlardan əsasən istifadə etməyib.

“Vyasna” insan haqları qrupu Minskdə azı 200 nəfərin saxlandığını bildirir. Digər şəhərlərdə 30-dək saxlanan olub.

DİN-in sözçüsü Olga Çemodanova “AFP”yə deyib ki, hüquq-mühafizə əməkdaşları polisə daş atan etirazçılara xəbərdarlıq məqsədilə rezin güllələrdən istifadə edib.

Yürüşdən bir neçə gün qabaq Daxili işlər nazirinin birinci müavini Genadiy Kazakeviç etirazçılara qarşı “lazım gələrsə ölümcül silahlara” əl atılacağını deyirdi. Birinci dəfəydi rəsmilərin dilindən belə bir təhdid səslənirdi, ancaq yerinə yetirilməyib.

1994-cü ildən hakimiyyətdə olan Lukaşenko 9 avqust seçkisinin qalibi elan olunandan sonra ölkəni etirazlar bürüyüb. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir, nəticələrin ləğvini tələb edir.

 

“Xalq ultimatumu”

Həftələrdir davam edən etirazlarda 12 mindən çox belaruslu saxlanıb, yüzlərlə saxlanana işgəncə verildiyi bildirilir.


Ancaq hakimiyyət etirazları dayandıra bilməyib. Bazar günü etirazlarında Lukaşenkonın həbsi tələb olunub, “Tətil!”, “Fəhlələr xalqla birlikdədir” şüarları səslənib.

Светлана Тихановская объявила о готовности стать национальным лидером | Важнейшие политические события в Беларуси: оценки, прогнозы, комментарии | DW | 17.08.2020

Svetlana Tixanovskaya

Müxalifət lideri Svetlana Tixanovskaya və tərəfdarları oktyabrın 25-ni Lukaşenkonun istefası üçün son tarix elan ediblər.

Lukaşenkonun uzun müddət dayağı hesab olunan fəhlələr arasında da dəstəyini itirdiyi bildirilir.

Oktyabrın 16-da AzadAvropa/AzadlıqRadiosu-na müsahibəsində Tixanovskaya deyib ki, “Xalq Ultimatumu”nu təkcə o deyil, müxalifət qrupları, eləcə də müxalifətin Koordinasiya Şurası, etirazların təşkilatçıları, tətil edən fəhlələr, Belarus vətəndaşları səsləndirir.

Tixanovskaya seçkidən bir gün sonra Litvaya gedib. Tərəfdarları seçkidə onun qalib gəldiyini deyirlər.

 

Mənbə:Azadlıq radiosu

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN