SON DƏQİQƏ

ABŞ-ın prezident seçkisinə iki həftədən də az vaxt qalır.Son debat.

Tarix:23-10-2020, 10:53

Tramp və Baydenin son teledebatı keçirilib

 

Показатель антирейтинга президента»: почему Джо Байден опережает по популярности Дональда Трампа — РТ на русском

Oktyabrın 22-də ABŞ Prezidenti Donald Tramp ilə Demokrat partiyasından prezidentliyə namizəd, keçmiş vitse-prezident Djo Bayden arasında seçkiqabağı son debat keçirilib.

3 noyabr seçkisinə iki həftədən də az vaxt qalır.

90 dəqiqəyədək çəkən teledebat namizədlərin ilk debatından xeyli rahat keçib, bunun bir səbəbi danışmayan namizədin mikrofonunun söndürülməsi olub.

Rəy sorğularında rəqibindən geri qalan Tramp debat zamanı koronavirus pandemiyası ilə mübarizəsini müdafiə edib. O deyib ki, Birləşmiş Ştatlar virusla “yaşamağa öyrəşirlər” və ilin sonunadək vaksin əldə olunacaq. Prezident şirkətləri açmağa və iqtisadiyyatı xilas etməyə çağırıb.

“Biz küncə sıxışmışıq. Özümüzə gəlməliyik. Ölkəni bağlaya bilmərik”, – bu ayın əvvəlində koronavirusdan müalicə olunmuş Tramp deyib.

“220 min amerikalı ölüb”

Bayden isə deyib ki, pandemiya yayılır, ancaq Trampın koronavirusdan ölümləri dayandırmaq planı yoxdur.

“220 min amerikalı ölüb. Bu gecə dediyim heç nəyi eşitmirsinizsə, bunu eşidin. Bu qədər ölümə görə məsuliyyət daşıyan istənilən şəxs Birləşmiş Ştatlar Prezidenti olmamalıdır”, – Bayden vurğulayıb.

Keçmiş vitse-prezident pandemiyaya görə ölkəni tamamilə bağlayacağı ittihamlarını rədd edib, deyib ki, daha elmi yanaşma tutacaq.

Tərəflər bir-birini və bir-birinin partiyasını koronavirusla mübarizədə yeni yardım paketinin əldə olunmamasına görə suçlayıb.

Mənbə:Azadlıq.org

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN