SON DƏQİQƏ

Şahzadənin müşaviri Xaşoqini ‘təhdid edirdi’

Tarix:24-11-2020, 22:39

Şahidin İstanbulda 26 şübhəlinin məhkəməsində deməsinə görə, jurnalist Saud al-Qahtaninin təhdidlərinə məruz qalıbmış

 

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilmiş dissident jurnalist Camal Xaşoqi Səudiyyənin Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın keçmiş müşaviri tərəfindən təhdid olunurdu. Bunu bu gün – noyabrın 24-də Türkiyədə başlanmış məhkəmədə bir şahid söyləyib.

Saudi Scraps Death Sentences Over Khashoggi Murder | The ASEAN Post

Şahidin İstanbulda 26 şübhəlinin məhkəməsində deməsinə görə, jurnalist Saud al-Qahtaninin təhdidlərinə məruz qalıbmış. Xəbəri Qərb agentliklərinə Sərhədsiz Reportyorlar Təşkilatından (RSF) Kristian Mihr verib.

“Xaşoqi Vaşinqton DC-də yaşayanda danışırmış ki, Qahtani ona zəng edib, övladlarını tanıdığını, onların harada yaşadığını bildiyini deyib”, – RSF-in Beynəlxalq Kampaniyalar üzrə Direktoru Rebekka Vinsent ayrıca tvitində yazıb.

Xaşoqi 2018-ci ildə sənədlərini əldə etmək üçün konsulluğa girəndən sonra öldürülüb. Türkiyəli nişanlısı Xədicə Çengiz onu binanın qarşısında gözləyirmiş.

 

Versiyalar

Türkiyə rəsmiləri bildirirlər ki, Xaşoqi Səudiyyədən gəlmiş killer dəstəsi tərəfindən öldürülüb, bədən üzvləri doğranıb. Onun qalıqları tapılmayıb.

Xaşoqi “Washington Post” qəzetinin köşə yazarı vəliəhd şahzadənin tənqidçisi idi.

İstanbulda məhkəmənin hazırlıq iclası iyulda başlamışdı. İlkin olaraq şübhəlilər 20 nəfər idi, onların içində Qahtani və Səudiyyə kəşfiyyatının keçmiş rəis müavini Əhməd əl-Əsiri də var. Onlar “əvvəlcədən düşünülmüş qətli bədniyyətlə qızışdırmaqda” ittiham olunurlar. Sentyabrda daha altı səudiyyəliyə ikinci ittihamnamə irəli sürüldü. İttihamlarda azı beş il, maksimum ömürlük həbs nəzərdə tutulur.

Sentyabrın əvvəlində isə Səudiyyə məhkəməsi beş nəfərə ötən il kəsilmiş ölüm cəzasını 20 illik həbslə əvəzləyib. Bundan öncə jurnalistin ailəsi qatilləri bağışladı.

ABŞ kəşfiyyat rəsmilərinin mövqeyincə, Xaşoqinin qətlini vəliəhd şahzadə sifariş edib. Səudiyyə rəsmiləri isə bu iddianı rədd edir.

2019-cu ilin aprelində ABŞ Dövlət Departamenti 16 nəfərin jurnalistin ölümündə rolu olduğunu bildirib, onların və ailələrinin Birləşmiş Ştatlara girişi yasaqlanıb. Qahtani də onlardan biridir.

 

 

Mənbə:Azadlıq radiosu

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN