SON DƏQİQƏ

Co Bayden inaqurasiya günü amerikalılardan 100 gün müddətinə maska taxmağı xahiş edəcək.

Tarix:4-12-2020, 19:24

Co Bayden cümə axşamı deyib ki, prezidentlik vəzifəsinə başlayan kimi ilk addımlarından biri olaraq koronavirusun yayılmasını dayandırmaq üçün amerikalılardan 100 gün maska taxmağı xahiş edəcək. Daha çox öhdəlik mahiyyətli xahiş icbari xarakter daşımayacaq.

Bu addım maska taxılmasına skeptik yanaşan Prezident Donald Trampın siyasi xətti ilə nəzərəçarpacaq təzad təşkil edir.

İctimai səhiyyə mütəxəssislərinin 275 mindən çox amerikalının ölümünə səbəb olan pandemiyanın yayılmasının qarşısını almaq üçün bunun ən asan yollarından biri olduğunu demələrinə baxmayaraq, Trampın məsələyə münasibəti bir çoxlarında maska taxmaq barədə tərəddüd yaratmışdı.

Yeni seçilən prezident maska taxmağın "vətənpərvərlik vəzifəsi" olduğunu dəfələrlə vurğulayıb və kampaniyası müddətində maska taxılmasını ümummilli miqyasda məcburi etmək barədə fikir səsləndirib.

CNN-in müxbiri Ceyk Tapperə müsahibə verən Co Bayden amerikalılardan bunu yanvarın 20-də, inauqurasiya günü xahiş edəcəyini deyib.

"İnaqurasiyanın ilk günü ictimaiyyətdən 100 gün müddətinə maska taxmağı xahiş etmək istəyirəm. Cəmi 100 gün maska taxmaq lazım gələcək, əbədi deyil, yalnız 100 gün. Və mən düşünürəm ki, virusda ciddi bir azalma görəcəyik," Biden bildiribi.

Yeni seçilmiş prezident Kapitolidəki millət vəkillərini koronavirusla bağlı yardım paketini qəbul etməyə çağırışını bir daha təkrarlayıb və və hər iki partiyadan millət vəkillərinin bu həftə təqdim etdiyi $900 milyard dollarlıq kompromisli qanun layihəsini dəstəklədiyini bildirib.

"Bu, yaxşı bir başlanğıc olardı. Lakin bu, kifayət deyil. Bizə əlavə yardım gərək olacaq," o bildirib.

Bayden keçid qrupunun koronavirusun təsirlərini yüngülləşdirmə paketi üzərində işlədiyini və köməkçilərinin bunun ilk belə qanun layihəsi olacağını düşündüklərini deyib.

Bayden eyni zamanda doktor Antoni Fauçidən son bir neçə prezident üçün işlədiyi kimi onun administrasiyasında da yüksək səviyyəli mütəxəssisi olaraq Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru vəzifəsində qalmasını xahiş etdiyini bildirib.

 

Mənbə:Amerikanın səsi

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN