SON DƏQİQƏ

Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

Tarix:12-06-2022, 17:08

Türkiyədə 25 mərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Diyarbəkir əyalətində qeydə alınıb. Yenişehir rayonunda çoxmərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, yanğınsöndürənlər xilasedicilər və polis əməkdaşları cəlb edilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb.

Xəsarət alan daha 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Yanğın nəzarət altına alınıb.

68a19245-9f0a-3502-9095-54ed60ffcce9.jpeg (55 KB)

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN