Avstraliyadan Amerikaya qədər xristian təqvimində ən müqəddəs günlərdən biri olan Milad bayramı qeyd edilir. BBC Azərbaycanca dünyada bu bayramın qeyd edilməsindən ən maraqlı şəkillərini təqdim edir.
Kolombo, Şri Lanka
EPA
Şri Lankada Müqəddəs Antony kilsəsində katolik uşaqlar mələk kimi geyiniblər. Pasxa bazar günündə kilsə intiharçı bombanın üç hədəfindən biri olub. Burada 54 nəfər, ölkə ərazisində isə 300-dən çox adam həlak olub.
Əbu Dabi, Birləşmiş Ərəb Əmirlikləri
EPA
İbadətçi Müqəddəs Joseph Katedralında şam yandırır. BƏƏ-də fəal katolik icması var, əhalinin 5 faizindən çoxunu filippinlilər təşkil edir.
Hanoi, Vyetnam
AFP
Bir qadın Vyetnamın paytaxtındakı 19-cu əsrə aid Müqəddəs Joseph Katedralının önündə selfi çəkir.
Paris, Fransa
EPA
Yepiskop Philippe Marsset Müqəddəs Germain l'Auxerrois kilsəsində gecə yarısında dini ayin keçirir. Aprel ayında Notre-Dame kilsəsində güclü yanğından sonra 200 ildə ilk dəfədir ki, dini ayinlər burada keçirilmir.
Nayrobi, Keniya
REUTERS
Keniya paytaxtının Fort Jesus bölgəsində gecə yarısında dini ayin keçirilir.
Beytləhm, Fələstin əraziləri
EPA
Müqəddəs Kitabın İsanın anadan olduğu yer kimi göstərdiyi Qərb Sahili şəhərində dini ayin.
Vatikan şəhəri
AFP
Yeddinci Milad dini ayinində Roma Papası Francis deyib ki, Tanrı "ən pisimizi belə" sevir. Onun bu sözlərinin kilsə qalmaqalları ilə bağlı ifadə etdiyi ehtimal edilir.
Sidney, Avstraliya
EPA
Milad vaxtı Sidneydə baş nazir Scott Morrisonun Havay tətilini tənqid edən divar rəsmi peyda olub. Ölkədə həddindən artıq yanğınlar baş verdiyi üçün baz nazir qınanılıb.