SON DƏQİQƏ

Avstraliya yanğınlarından sonra kül olan təbiyət canlanmağa başlayıb

Tarix:13-01-2020, 16:20

Avstraliya tarixinin ən pis yanğınlarından biri ilə mübarizə aparır.

Sentyabr ayından bəri yanğın nəticəsində ən azı yarım milyard heyvan tələf olub və milyonlarca hektarlıq sahədə bitki örtüyü yoxa çıxıb.

Ancaq kül olan bəzi yerlərdə bitkilər təzədən cücərib çıxmağa başlayıb, təbiətin canlandığı müşahidə olunur.

Avstraliyalı fotoqraf Murray Lowe yanğınların ən pis təsir etdiyi əyalət olan New South Wales-dəki Kulnura şəhəri yaxınlığında bitkilərin yenidən cücərməsinə çəkdiyi fotolarla şahidlik edib.

AVUSTRALYA YANGINLARIFotonun müəllifiMURRAY LOWE

Lowe kül olan sahədə yeriyərkən gördüyü mənzərəni "tamamilə məhv" kimi izah edib, amma bitkilərin yenidən cücərib çıxmağının ona ümid verdiyini söyləyib.

Lowe "Bu, axtardığımız, görmək istədiyimiz yenilənmənin işarələridir. Avstraliyanın məşhur meşələrinin yenidən doğulmasına şahidlik edirik" deyib.

Lowe-un sosial mediada yerləşdirdiyi bu fotoları bir çox istifadəçi paylaşıb.

AVUSTRALYA YANGINLARIFotonun müəllifiMURRAY LOWE

University of Sheffield-dən olan yanğın ekologiyası mütəxəssisi Dr. Kimberley Simpson kül olmuş ərazilərdən bitkilərin yenidən cücərib çıxmasının normal olduğunu deyib.

Simpson-nun fikrincə, bu bitki növləri on milyonlarca illər ərzində tez-tez yanğınlara məruz qalb və bunun nəticəsində yandıqdan sonra sürətli olaraq həyata qayıtmaqları üçün təkamül keçiblər.

Ancaq Simpson normal şəraitdə yanğınlara çox da rast gəlinməyən tropik meşələr kimi bölgələrdə belə bir təkamül prosesinin olmadığını və bu səbəbdən də tropik meşələrdə bitkilərin belə tez cücərib çıxması müşahidə edilməyəcək.

Mənbə:BBC.az

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN