Ankaranın Azərbaycan ərazisində müstəqil hərbi müşahidə postu qurmaq niyyəti ilə bağlı Türkiyə və Rusiya arasında fikir ixtilafı yaranıb.
Bu barədə məlumatı Türkiyədəki mənbəyə istinadən Reuters agentliyi verib.
Bundan əvvəl iki ölkə Dağlıq Qarabağdakı atəşkəsə nəzarət olunması üçün birgə müşahidə mərkəzinin yaradılması barədə razılıq əldə etmişdilər.
Bu barədə razılaşma Türkiyə və Rusiya arasında hələ noyabrın 10-da əldə olunmuşdu.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları atəşkəs razılaşmasına əsasən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 2000-dək Rusiya sülhməramlısı yerləşdirilib.
Rusiya və Türkiyə rəsmiləri hələki hətta birgə mərkəzin də parametrləri və montorinq mexanizminin detallarını müzakirə edirlər.