SON DƏQİQƏ

Borrel Avropa İttifaqının Cənubi Qafqazla müdafiə sahəsində əməkdaşlığını gücləndirməyə çağırıb

Tarix:8-06-2022, 22:52

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü fonunda Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə dəstəyi böyük əhəmiyyət kəsb edir. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrel iyunun 8-də Avropa Parlamentinin plenar sessiyasındakı çıxışında bildirib.

“Aİ bu müharibədə qələbə qazanması üçün Ukraynanı dəstəkləməyə davam edir. Biz “Şərq Tərəfdaşlığı” ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətimizi açıq şəkildə bəyan edirik. Bu gün Ukrayna, Moldova, Gürcüstan və digər Cənubi Qafqaz ölkələrinin dəstəklənməsi heç vaxt olmadığı qədər vacibdir”, deyə Borrel bildirib.

“Biz Gürcüstana və Moldovaya hərbi yardım tədbirlərini gücləndirməyi təklif etdik, bu tədbirlər çərçivəsində logistika, kibermüdafiə sahəsində dəstək, hərbi-tibbi, mühəndislik və mobil imkanlar nəzərdə tutulur”, deyən Borrel əlavə edib ki, yardım bu yay ayrılacaq.

“Müharibə Kiyev üçün məqbul olan şərtlərlə və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə başa çatmalıdır”, deyə Borrel qeyd edib. 

 

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN