SON DƏQİQƏ

Legionersiz millinin möhtəşəm uğuru – Onlar kimlərdir?

Tarix:14-06-2022, 20:47

Azərbaycanın mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda altıqat Avropa çempionu Rumıniya ilə üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn millimiz tarixində ilk dəfə Avropa çempionu olub. Futbolçulardan Davud Kərimi yarışın ən yaxşı qapıçısı, Bəxtiyar Soltanov isə ən yaxşı oyunçusu adına layiq görülüb.

Millimizin bu qələbəsi azarkeşlərin böyük sevincinə səbəb olub. Sosial şəbəkələrdə bununla bağlı saysız-hesabsız paylaşımlar edilib. 

Qeyd edək ki, mini-futbol millisi Azərbaycanda bir neçə il əvvəl formalaşıb və AFFA-ya heç bir bağlılığı yoxdur. Komandaya “Zirə” Futbol Klubunun prezidenti Taleh Nəsibov başçılıq edir. Ümumiyyətlə, yarandığı gündən indiyədək komanda “Zirə” klubunun sahibləri tərəfindən maliyyələşdirilir. 

Maraqlıdır ki, komandaya indiyədək bir nəfər də olsun əcnəbi cəlb olunmayıb. AFFA-nın tabeliyindəki bütün milli komandalardan fərqli olaraq mini-futbol miliisində bir nəfər legioner belə yoxdur. Komandanın rəhbərliyi də, məşqçisi və futbolçuları da hamısı azərbaycanlıdır.

Milli üzvlərindən bəziləri sabiq peşəkar futbolçu və futzalçı kimi də tanınırlar. 

Avropa çempionu olan, millinin sifariş ərizəsində yer almış oyunçularla bir daha tanış olaq:

Baş məşqçi: Elşad Quliyev

Futbolçular: Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təbriz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi, Elmar Qasımov

Əlavə edək ki, Avropa Mini-Futbol Federasiyasının təşkil etdiyi çempionat UEFA bayrağı aıtında keçirilməsə də, yetərincə populyar və samballı yarış sayılır.

 

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN