SON DƏQİQƏ

JMK:Jurnalist Əfqan Sadıqov azad olunmalıdır.

Tarix:20-06-2020, 17:09

“Azərbaycan hakimiyyəti jurnalist Əfqan Sadıqovu azad etməli və ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməlidir."

Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin iyunun 17-də yaydığı bəyanatda bildirilir.

Qurum bəyanatında deyir ki, jurnalist üç il ərzində ən azı üç dəfə işinə görə həbs olunub.

Əfqan Sadıqov həbs edildi

"Azərbaycan hakimiyyəti dərhal Əfqan Sadıqovu azad etməli, ona qarşı uydurma ittihamları ləğv etməli və jurnalisti birdəfəlik təqib etməyi dayandırmalıdır. Hakimiyyət müstəqil jurnalistləri çox uzun müddət qorxutmaq və həbs etmək üçün saxta ittihamlardan istifadə etdi," Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Said deyib.

“Azel TV” xəbər saytının təsisçisi, həbsdə olan jurnalist Əfqan Sadıqov mayın 13-də saxlanılıb. Binəqədi Rayon Məhkəməsi onu hədə-qorxu ilə əmlak tələb etmək ittihamı ilə 4 ay müddətinə həbs edib.

İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov xəbərfakt.az nəşrinin redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb.

Əfqan Sadıqov yetkinlik yaşına çatmayanların tərəfindən fahişəliyə cəlb edilməsi, din xadimlərinin narkomafiyaya bağlılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətində korrupsiya və başqa qalmaqallı yazıları ilə tanınır.

Bundan öncə o, Cəlilabad rayon məmurlarını tənqid etdiyinə görə mühakimə olunub.

İyunun 19-da isə jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib.

O, həyat yoldaşının saxlandığı yer haqda məlumatın olmamasına və onunla telefon danışığına, görüşə imkan verilməməsinə etiraz edib.

Sadıqova avtomobil yolunun ortasında duraraq yolu bağlamağa çalışıb və yoldan keçənləri ona qoşulmağa çağırıb.

 

Mənbə:Amerikanın səsi

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN