SON DƏQİQƏ

Zakir Qaralovun ailəsində fərqli toy məclisi keçirildi

Tarix:1-09-2020, 11:51

Sabiq Baş prokuror Zakir Qaralov övladına toy edib. Criminal.az saytının əldə etdiyi məlumata görə, məclis son günlər təmtaraqlı toylar edən məmurlardan fərqli keçirilib.
Sabiq baş prokurorun oğlu Aydın Qaralovun toyu biir neçə gün əvvəl baş tutub. Məclisdə yalnız ailə üzvləri və az sayda yaxın qohumlar iştirak edib. 
Xatırladaq ki, son günlər yüksək vəzifəli məmurlar karantin qaydalarını pozmaqla övladlarına və nəvələrinə toy məclisi etmişdi. Onlar arasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də var idi. O, nəvəsinə təmtaraqlı toy məclisi etmişdi. Məclisdə yüksək vəzifəli dövlət məmurları və deputatlar iştirak etmişdi. Daha sonra toyda iştirak edən bir neçə nəfər həbs edilmiş və cərimələnmişdi.  
dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN