SON DƏQİQƏ

Erməni saxtakarlığını ifşa edən məktub.

Tarix:24-11-2020, 00:29

Milli Şuranın sədri Cəmil Həsənli

Bu sənədin mən bir neçə il əvvəl Berlində, Almaniya Xarici İşlər Nazirliyinin arxivində işləyərkən fotosunu çəkdim. Bu erməni Katolikosu V Gevorgun Alman impreatoru II Vilhelmə 1918-ci ilin avqust ayının 3-də yazdığı məktubdur. Görürsünüz məktub Eçmiədzinin rəsmi blankında bir tərəfdə erməni, digər tərəfdə almanca olmaqla yazılıb və sonunda da katolikosun imzası və Eçmiədzinin möhürü var.

Erməni Katolikosu Alman imperatorundan nə istəyir? O, yazır ki, yeni yaranmış müstəqil erməni dövlətinə Türkiyədən gələn erməni qaçqınların sayı yarım milyona çatıb və əlavə edirdi ki, daha 300 min erməni qaçqını Gürcüstan, Azərbaycan və Şimalı Qafqazda yerləşib. Onların daldalanmağa yeri yoxdur və açıq səma altında dəhşətli istidən və aclıqdan məhv olurlar. Kiçik sərhədlər daxilində yeni yaradılmış Ermənistan bu qədər qaçıqına sığınacaq vermək və onları doyurmaq iqtidarında deyil.

V Gevorg yazırdı ki, Şərqin ən qədim xristian kilsəsinin rəhbəri və qədim zamanlardan xristian imanını və xristianlığa sarsılmaz sədaqətini saysız-hesabsız qurbanlar hesabına qoruyub saxlamış xalqın din xidmətçisi kimi mən sizin lütfkarlığınıza qəti inamla müraciət edirəm: əgər təcili yardım göstərilməsə bu adamlar tələf olacaqlar.

Humanitar yardım istənilməsi öz yerində, amma məktubun maraqlı məqamı bilirsiniz nədir? Ermənilər iddia edir ki, 1915-ci ildə Osmanlıda milyon yarım erməni qətl edilib. Əvvəla, Birinci dünya müharibəsi ərəfəsində bir fransız cəmiyyətinin Osmanlıda apardığı əhali sayımına görə Turkiyədə toplam 1,3 milyon erməni yaşayırdı. Həmin dövrdə Türkiyədən gələn erməni qaçqınlarını qeydə alan erməni kilsəsinin rəhbəri də etiraf edir ki, son olaylardan sonra Osmanlı İmperatorluğundan Ermənistan, Gürcüstan, Azərbaycan və Şimali Qafqaz toplam olaraq 800 min erməni qaçqını gəlib. Rəqəmlər uyğun gəlmir. Belə olan halda kim yalan danışır: erməni Katolikosu, yoxsa erməni tarixçi və siyasətçiləri?

 

 

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN