SON DƏQİQƏ

Rekord rəqəm-1227 yoluxma,12 nəfər ölü.

Tarix:4-11-2020, 13:00

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1227 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan da 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 59509 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 45697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13032 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11474, hazırkı dövrədək isə 1391253 test aparılıb.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

 

 

Mənbə:Azadlıq.org

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN