SON DƏQİQƏ

Gündəlik yoluxma 1300-ü keçdi

Tarix:5-11-2020, 13:20

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 14 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 60873 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 46465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib, aktiv xəstə sayı 13614 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 13290, hazırkı dövrədək isə ümumilikdə 1404543 test aparılıb.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb. O vaxtdan indiyə kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt 1200-ə çatdığı bildirilməmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

 

Mənbə:Azadlıq.org

 

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN