SON DƏQİQƏ

Gündəlik yoluxma 2500-ü də keçdi

Tarix:19-11-2020, 13:27

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2597 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 23 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 83994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59465 nəfər müalicə olunaraq sağalıb, 1053 nəfər vəfat edib, aktiv xəstə sayı 23476 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12874, ötən müddət ərzində isə ümumilikdə 1562442 test aparılıb.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

 

 

Mənbə:Azadlıq radiosu

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN