SON DƏQİQƏ

Oqtay Gülalıyevin koronavirusa yoluxduğu bildirilir

Tarix:18-11-2020, 15:30

Hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 17-i gecə saatlarında xəstəxanaya yerləşdirilib.

Bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat verib.

T.Gülalıyev bildirib ki, atasının xəstəxanaya yerləşdirilməsinin səbəbi səhhətində geriləmədir: “Beyninə maye yığılmağa başlayıb. Biz də təcili onu xəstəxanaya yerləşdirməyi qərara aldıq”.

Hüquq müdafiəçisinin oğlunun qeyd etməsinə görə, O.Gülalıyevdən koronavirus infeksiyası ilə bağlı götürülmüş analizin nəticəsi pozitiv çıxsa da, səhhətində geriləmənin səbəbi infeksiya deyil: “Dünən, noyabrın 17-də məlum olub ki, koronavirus testinin nəticəsi pozitivdir. Amma biz beyninə mayenin yığılmasının səbəbinin məhz COVID olduğuna inanmırıq. Çünki atamda qızdırma yalnız baş nahiyəsində idi, bədənin temperaturu isə normal idi, digər simptomlar da yox idi. Amma hər halda test pozitiv çıxıb və atam “Yeni Klinika” xəstəxanasına yerləşdirildi”.

T.Gülalıyev həmçinin bildirib ki, artıq neyrocərrahların konsiliumu keçirilib və O.Gülalıyevin kompüter tomoqrafiyasından keçirilməsi məsləhət görülüb: “Hazırda tomoqrafiyaya aparıldı. Nəticələr barədə məlumat verəcəyik”.

Bu deyilənlərə xəstəxananın özündən və Səhiyyə Nazirliyindən, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.

Mənbə:Azadlıq radiosu

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN