SON DƏQİQƏ

Azərbaycanda ağır xəstələri yerləşdirməyəklə yer qıtlığı yaranır.

Tarix:5-12-2020, 10:21

Artıq bir həftədən çoxdur ki, Azərbaycanda yeni növ koronavirusa yoluxmanın gündəlik statistikası 4 min nəfər civarındadır. Doqquz aydır COVID-19 ilə mübarizə aparan Azərbaycanda rəsmi açıqlamaya görə, ümumilikdə 133733 nəfərin bu xəstəliyə yoluxduğu aşkarlanıb, 81234 nəfərin sağaldığı, 1510 nəfərin isə vəfat etdiyi açıqlanıb. Rəsmi qurumların bildirməsinə görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Şikayətlərə görə, getdikcə sayı artan belə xəstələrin bir çoxuna lazımı tibbi yardım da göstərilmir.

Şikayət…

Bizə danışan koronavirus xəstəsi A.H. yerli səhiyyə sisteminin COVID-lə mübarizə səviyyəsindən narazı olduğunu deyib: “Bütün ailəlikcə COVID-pozitivik. Yaxşı ki, özüm həkiməm. Özüm dava-dərmanı, yaxşı-pis, əldə elədim. Özüm də təyinatı icra edirəm. Poliklinikaya müraciət zamanı dedilər ki, siz nə bilirsiniz ki, sizdə korona var?.. Bir sözlə, bir həftə gözləməli idik. İşlədiyim qurumda həmin gün müayinədən keçib səhəri gün cavabı aldıq. Analizlərin cavabı “pozitiv” çıxan günü poliklinikadan zəng edib bülleten lazım olub-olmadığını soruşdular. Polis də zəng eləyib çölə çıxmaqla bağlı hədələdi. Vəssalam”.

“Nə dərman gördük, nə də sosial xidmət”

A.H.-nin deməsinə görə, beş gündür evdədirlər, nə dərman görüblər, nə də ərzaq alıb gətirə biləcək sosial xidmət: “Yoldaşımda tənəffüs çatışmazlığı ilə bağlı problemlər başladı, heç öz vəziyyətim də yaxşı deyildi. Yenə utana -utana poliklinikaya zəng elədim ki, “dərman vermirsiz, bəlkə qanlarımızı götürüb laboratoriyaya verəsiz?”. Cavab isə “yox” oldu”.

Onun deməsinə görə, heç kim maskasını burnuna çəkib vicdan əzabı içində qorxa- qorxa market-aptek gəzmək istəməz:

“Brifinqdəki “müdriklər”in dediyi kimi…”

“Heç kim də, brifinqdəki “müdriklər”in dediyi kimi, marşrutdakı basabasa əylənmək üçün minmir. Hər kəs bir günlük dolanışığının və evdəki xəstələrinin dərman pulunun dalınca düşüb”.

Bu açıqlamaya, hələlik, nə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB), nə də Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olub.

Mənbə:Azadlıq.orq

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN