SON DƏQİQƏ

Dünyada koronavirusa 75 milyon insan yoluxub.

Tarix:20-12-2020, 08:20

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin şənbə günü açıqladığı məlumata görə, dünya boyu 75 milyondan çox insan koronavirusa yoluxub.

ÜST: Son 24 saatda 585 min insan COVID-19-a yoluxub – ictimainezaret.info

ABŞ 17.5 milyon yoluxma halı ilə birinci yerdə, 10 milyon yoluxma ilə Hindistan ikinci, 7.1 milyon yoluxma halı ilə Braziliya isə üçüncü yerdə gəlir.

Cümə günü Stanford Tibbi Mərkəzinin rezidentura üzvləri Kaliforniyanın Palo Alto şəhərində etiraz aksiyası keçiriblər, çünki onlar və tibb bacıları, tənəffüs terapistləri kimi digər işçiləri koronavirus vaksini vurulacaq xəstəxana işçiləri arasında olmamalarına etiraz ediblər.

Stanford isə üzr istəyib və vəziyyəti “dərhal” düzəldəcəyinə söz verib.

Türkiyənin dövlət mediası COVID-19 xəstələrinin müalicə olunduğu reanimasiya şöbəsində çıxan yanğın nəticəsində səkkiz nəfərin oldüyünü bildirib.

Anadolu xəbər agentliyi yanğının şənbə günü Türkiyənin cənubunda Qaziantep şəhərində yerləşən Sanko Universitetinin Xəstəxanasında oksigen balonunun partlaması nəticəsində baş verdiyini bildirib.

Xəstəxana bəyanatında 14 xəstənin başqa xəstəxanalara köçürüldüyü bildirilib.

Çinin Mili Səhiyyə Komissiyasının vitse-naziri Zeng Yişin şənbə günü deyib ki, ölkədə növbəti bir neçə ayda yüksək risk kateqoriyasında olan insanlara vaksin vurulacaq, daha sonra isə ümumi əhaliyə.

“Qış və yaz mövsümlərində əhalinin bəzi əsas hissəlrinə yeni koronavirus vaksini tətbiq etmək epidemiyanın qarşısının alınması üçün böyük əhəmiyyət daşıyır,” Dövlət Şurasının vaksinlərin araşdırılması və inkişafı üzrə işçi qrupunun direktoru Zenq bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə koronavirus vaksinindən 2 milyard dozasına çıxış əldə etdiyini bildirib.

ÜST-nın baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, vaksinlərə çıxış sayəsində 190 ölkə əhalilərinə “ilin ilk yarısında” peyvənd vura biləcəklər.

 

Mənbə:Amerikanın səsi

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN