SON DƏQİQƏ

519 yeni yoluxma qeydə alınıb, 15 ölüm

Tarix:13-01-2021, 08:42

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 519 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1276 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 12-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 15 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 225346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 210798 nəfər sağalıb, 2941 nəfər vəfat edib, aktiv xəstə sayı 11607 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7898, ötən müddət ərzində isə ümumilikdə 2279907 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Üstəlik, xəstəxanaya nisbətən evdə daha çox belə xəstənin olduğu bildirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN