SON DƏQİQƏ

Hakimiyyət çirkin əməlləri ilə ölkəni biabır edir.

Tarix:12-01-2021, 12:19

Milli Şuranın sədri Cəmil Həsənli

Axır ki, Luka Valenta ilişdi. Bu gün İtaliya qəzetləri “Azərbaycandan rüşvət” başlığı ilə çıxıb. Avropa Şurası Parlament Assableyasının keçmiş sədr müavini, İtaliyalı deputat Luko Valento Azərbaycan hakimiyyətindən 500 min avro rüşvət aldığına görə 4 il müddətinə azadlıqdan məhrum edilib. Luka ilə yanaşı siyasi məqsədlərlə rüşvət vermiş Azərbaycanın iki dövlət “xadimi” də məhkəmə tərəfindən 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmü ilə 4 il həbs cəzası almış Azərbaycan adından Volentaya rüşvət verən keçmiş demutatlar Elxan Süleymanov və Müslüm Məmmədovdur. Rüşvətin təyinatı isə siyasi məhbuslar haqqında hesabatın əleyhinə – yəni Azərbaycan hökumətinin maraqlarına uyğun səsverməni təşkil etməkdən ibarət olub. Məhz rüşvət əsaında təşkil edilmiş bu səsvermənin nəticələrinə görə İlham Əliyev bir neçə il ən mötəbər tribunalardan bəyan edirdi ki, Azərbaycanda siyasi məhbus yoxdur, bunu Avropa Şurası təsdiq edib. Azərbaycan hakimiyyətinin Luka üçün tutduğu ən mötəbər İtalyan vəkilləri belə prosesin istiqamətin dəyişə bilmədilər.

İndi maraqlı olan nədir? Luka 4 il həbs cəzası alıb, bu öz yerində. Amma artıq ölkənin keçmiş iki deputatının siyasi məqsədlərlə küllü miqdarda rüşvət verdiyi məhkəmə qərarı ilə təsdiq edilib və onlara da rüşvət alanla birlikdə 4 il həbs cəzası verilib. İndiyə qədər Azərbaycan tərəfi bu faktı unkar edir, bunun rüşvət yox fitrə olduğun sübut etməyə çalışırdı. Heç olmasa görən bundan sonra baş prokurorluq artıq məhkəmə qaydasında təsdiq olunmuş bu rüşvətvermə faktı haqqında cinayət işi qaldırıb, araşdırmalara başlayacaqmı? Yəni möhtərəm baş qanun keşikçimiz aydınlaşdıracaqmı bu 500 avro rüşvəti artıq İtaliya məhkəməsi tərəfindən azadlıqdam məhrum edilmiş iki müzəffər deputatımız dövlətimizi həddən dərəcə “sevdiklərindən” öz şəxsi vəsaitləri hesabına ödəyiblər, yox aya dövlət xəzinəsindən ödyəblər, və ya korrupsiya kassasından Volentaya bu rüşvəti çatdırıblar? Zarafat deyil, vaxtı ilə Osmanlı ordusunun Avropada gedib çıxa bilmədiyi yerlərin hamısını qısa müddətdə Müzəffər deputatlarımız rüşvətlə fəth etmişdilər.

İkinci məsələ odur ki, indiyə qədər Azərbaycan tərəfi bu vəsaiti Volentaya kənd təsərrüfatı sahəsində məsləhət almasının haqqı kimi təqdim edirdi. Deyəsən, kənd təsərrüfatı kimi Lukanın məsləhətlərinin də zibili çıxdı. Gərək bizim müzəffər konfiqurasiyaçılar qələmə sarılıb bir-iki qanadlı tweet yazıb bu həssas məqamda ermənilərin dəyirmanına su tökən Milan məhkəməsini bu qanacaqsız qərara görə məhkum etsinlər. Əks təqdirdə dialoqun dadı qaçar.

Üçüncü məsələ odur ki, Azərbaycan tərəfi Volentaya 500 min avro yox, 2,4 milyon avro “əl muzdu” verib. Bəs qalan 1,9 milyon avronun taleyi necə olub? Bax burada kənd təsərrüfatımızın misilsiz inkişafında Lukanın məsləhətlərinin rolu görsənir. Bəlkə buna Azərbaycan prokurorluğu aydınlıq gətirsin?

İndi bir daha gördünüz də, bunlar dövlət adına transmilli kriminal bir çetə dəstəsi düzəldib adını da qoyublar “Dövləti Alieyi Müzəffəriyyə”. Bax, öz natəmiz əməlləri ilə ölkəni belə rüsvay edirlər.

Mənbə:Azadlıq.info

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN