Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Pakistana gedib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.
"Səfər çərçivəsində Azərbaycan - Pakistan - Türkiyə XİN başçılarının üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək", -L.Abdullayeva qeyd edib.
Mətbuat xidmətinin rəhbərinin habelə bildirməsinə görə, nazirlərin görüşü bu gün, yanvarın 13-ü Pakistanın paytaxtı İslamabadda keçiriləcək: "Yanvarın 14-də isə Azərbaycan Xarici İşlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır".