SON DƏQİQƏ

Qarabağla bağlı Moskvada üçtərəfli görüş olacaq

Tarix:10-01-2021, 18:37

Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli danışıqlar olacaq. Bu barədə yanvarın 10-da Rusiya prezidentinin rəsmi “Kremlin.ru” səhifəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın üçtərəfli danışıqları Moskvada keçiriləcək.

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi planlaşdırılır. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcəkdir” deyə rəsmi açıqlamada bildirilir.

Xəbərdə həmçinin vurğulanır ki, bundan əlavə, Vladimir Putinlə İlham Əliyev və Nikol Paşinyan arasında ayrıca danışıqlar da nəzərdə tutulur.

Üçtərəfli görüşlə bağlı mediada məlumatlar yayılsa da indiyə qədər Azərbaycan və Ermənistan tərəfi bu məlumatı nə təsdiq, nə də təkzib edirdi.

Mənbə:Azadlıq radiosu

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN