Qırğızıstanın Tez Jet aviakompaniyasına məxsus sərnişin təyyarəsi mühərriyin partlaması ilə əlaqədar fövqəladə eniş edib.Sərnişinlərdən biri baş verənləri telefonun kamerasına köçürərək sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, hava gəmisi uğurlu şəkildə Qırğızıstanın «Manas» aeroportuna eniş edə bilib. Hadisə ilə əlaqədar cinayət işinə başlanılıb və istintaq üçün xüsusi komissiya yaradılıb.