SON DƏQİQƏ

Özünü dəstəmaz alan kimi göstərib oğurluq etdi

Tarix:16-03-2018, 12:30

Türkiyənin Burdur vilayətinin Kazancıoğlu məscidində dəstəmaz almaq istəyən Mehmet Yılmaz adlı şəxs cibində 8 min lirə (4 min AZN) olan pencəyini asılqandan asaraq dəstəmaz almağa başlayıb. Daha sonra isə cibindəki pulun oğurlandığını öyrənib və polisə müraciət edib.

 

Təhlükəsizlik kamerasına baxan polislər baş verən oğurluğu aşkara çıxarıblar. Görüntülərdə özünü dəstəmaz alan kimi göstərən şübhəlinin Yılmazın pencəyinin yanına öz pencəyini asdıqdan sonra pulu necə çıxarması tam şəkildə əks olunub.

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN