SON DƏQİQƏ

Əli Kərimli “qanunsuz maliyyələşmə” ittihamına sərt cavab verdi VİDEO

Tarix:15-06-2018, 19:51

“Milyardlarla dolları ölkədən çıxarıb Londondakı ofşorlara köçərənlər cəbhəçilərmiş”

AXCP sədri Əli Kərimli Baş Prokurorluq və DİN-in birgə məlumatı ilə bu partiyanın və şəxsən özünün qanunsuz maliyyələşmədə ittiham olunmasına cavab verib. Ə.Kərimli feysbuk səhifəsində yazıb:

18 günlük mus-musdan sonra nəhayət, mustafalarını dedilər. 

Prokurorluq və Daxili İşlər Nazirliyi yalnız 2 il ərzində ölkədən çıxarılıb Londondakı ofşor şirkətlərə köçürülmüş 2.9 milyard dollar pulu kimlərin oğurladığını tapıb )) Hamısını cəbhəçilər edibmiş. Dünya mətbuatı, araşdırmaçı jurnalistlər bunların milyardalarla dollarla qiymətləndirilən korrupsiyalarını ifşa edir, biz də bu barədəyazırıq, hökumətdən izahat tələb edirik. Bunlar da “sən özünsən” səviyyəsində bizəcavab verirlər.

18 gündür ki, Saleh Rüstəmli və qardaşı oğlu həbs olunub, hələ də vəkilləriləgörüşlərinə imkan verilmir. Ağır işgəncələrə məruz qalmaları haqda məlumatlar da var. Dünən AXCP funksionerləri Aqil Əli Məhərrəm, Ruslan Nəsirli və Babək Həsənli dəhəbs olunub. Bu gün isə ofşorlara getmiş 10 milyardlarla dollara susan Baş Prokurorluq və DİN açıqlama yayıb, AXCP funksionerlərini qanunsuz sahibkarlıqda ittiham edib. Qanunun üzünə tüpürüldüyü, oğruların doğruları ittiham etdiyi, siyasi rəqabət apara bilmədikləri rəqibi növbəti dəfə şərlədikləri gündür.

Bəli, Saleh Rüstəmli mənə pul göndərib…

Hamının qarşısında bəyan edirəm, Saleh Rüstəmli ilə dostam, eyni əqidəni paylaşırıq. Düzdür, uzun illərdir ki, görüşmürük, ancaq biz dostuq. Saleh bəy uzun illərdir ki, Rusiyada kiçik bizneslə məşğuldur. Onun haqqında bundan sonra deyiləcəklərəinanmayın. Saleh bəyin biznesi kiçik biznesdir. Ötən bir neçə ilin ərzində mənə yardım məqsədilə bir neçə dəfə (dəqiq xatırlamıram, 5-7 dəfə ola bilər) pul göndərib. Bəzən 500 dollar, bəzən 1000 dollar olmaqla. Pul təmənnasız verildiyindən dəqiq hesabatını aparmamışam. Ancaq təqribən 5 min dollar yardımdan söhbət gedə bilər. Xəbərdəyaydıqları 412 min dollar ağ yalandır, söhbət bu məbləğin haradasa, 100-də birindən gedir. Əlbəttə, mən Saleh bəyin biznes məqsədilə kimlərə nə alıb-verdiyini bilmirəm, ancaq mənə edilən yardım, bir daha vurğulayıram ki, təqribən 5 min dollar ətrafında olub. İndi bu Sarkisyanın otağını güdənlər )) böyük əməliyyat keçirdib, bu adamın şəxsən mənə yardım etdiyini müəyyən ediblər.

İlham Əliyev nə istəyirdi? Siyasi məhbuslara kömək edə bilməməliydik?

Nə oldu, şər qalmırdı atırdınız bizə – gah deyirdiniz, ermənilər bizi maliyyələşdirir, gah deyirdiniz, qrant alırıq, gah deyirdiniz, hansısa korrupsionerlər bizə yardım edir? Mən nə deyirdim? Deyirdim ki, dostlarım kömək edir. Həmin dostlardan biri də Saleh Rüstəmlidir. Bu qeyrətli vətənpərvəri, Gedəbəydəki Başkənd qələbəsinin əsas müəlliflərindən birini belə ciddi şərlədiyinizə görə çox məyusam. Hər şeydən görünür ki, ondan asanlıqla əl çəkməyəcəksiniz.

İlham Əliyev nə istəyirdi? Əli Kərimli siyasi məhbuslara kömək edə, vəkil tuta bilməməli idi? Dünən şərləyib həbs etdiyiniz Aqil Əli Məhərrəm, Babək Həsənli, Ruslan Nəsirli heç bir cinayət törətməyib. Heç inzibati hüquqpozması da törətməyiblər. Bu nə zehniyyətdir? Bir dostum mənə pul göndərib, partiya üzvü olan başqa bir dostum həmin pulu götürüb mənə çatdırıb. Hanı burda cinayət hadisəsi? O adamların hər biri kasıblıq həddində yaşayan insanlardır. Onlar hansı qanunsuz sahibkarlığı, hansı qazancı ediblər? Allahı tamammı unutmusunuz? Onların evlərinə baxış keçirəndəgörmədinizmi hansı şəraitdə yaşayırlar? Həmin yarıac yaşayan insanlar mənə 412 min dollar pul gətirsəydilər, öz vəziyyətlərinə baxıb, mənə nifrət etməzdilərmi?

Cinayətdirsə, mən bu cinayəti törətmişəm, həbs edin…

Hələ sizə bir məlumat da verim. Bu gün bir əqidə dostum mənə 600 manat göndərdi ki, şərləyib tutduğunuz 3 nəfər partiya funksioneri üçün vəkillərlə müqavilə bağlaya bilək. Bu damı cinayətdir? Yoxsa, demək istəyirsiniz ki, sizinlə mübarizə aparmaq özü cinayətdir? Şimali Koreya olmağımızı rəsmiləşdirməkmi istəyirsiniz? Bəli, dostlarımın təmənnasız köməyilə imkanım daxilində siyasi məhbus ailələrinə yardım etməyim, cəbhəçi dostlarımın xeyirinə-şərinə yaramağım, xəstəsinə kömək olmağım cinayətdirsə, onda mən bu cinayəti törətmişəm, həbs edin məni. Heç bir təqsiri olmayan, vətənpərvər, mübariz gəncləri azad edin! Onsuz da indiyə qədər də çox qanunsuzluqlara imza atmısınız, daha bir qanunsuzluğa imza atmayın. Bilmirsiniz ki, insanları qanunsuz həbs etmək, azadlıqdan məhrum etmək özü də bir cinayətdir?

Heç bir repressiya qanunsuz ailə hakimiyyətini əbədi edə bilməz

Əziz həmvətənlər, mən sizə dəfələrlə demişdim ki, həbsimə də, ölümümə də hazıram. Sözümüz sözdür! Həbsxana mübarizənin bitdiyi yer deyil, yeni mərhələnin başlanğıcıdır. Heç bir repressiya qanunsuz ailə hakimiyyətini əbədi etmək iqtidarında deyil. Mən sizlərə, xalqımıza inanıram, bədəli nə olur olsun, cümhuriyyəti yenidən bərpa edəcəyik! Yaşasın cümhuriyyət, azad və demokratik Azərbaycan!

AXCP sədri baş verənlərlə bağlı jurnalist Sevinc Osmanqızının Facebook hesabı və YouTube kanalı üzərindən yayımladığı canlı yayımın da qonağı olub və sualları cavablandırıb.

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN