SON DƏQİQƏ

MURAD VAQİF OĞLU AXUNDOV – “ƏYLƏNCƏLƏR VƏ KAZİNOLAR KRALI”

Tarix:10-07-2019, 20:13

Bu məmur balasının həyatı gözəl həyat barədə filmi xatırladır. Hətta birini də yox, bir neçəsini…

Murad Axundovun ziyafət axşamları imperiyası sərhədlər tanımır! Azərbaycan prezidentlərinin birinci cangüdəni general-polkovnik Vaqif Axundovun yeganə oğlu günə-gün yox, ziyafətə ziyafət yaşayır.

Vaqif Axundovun “qumar kralı” oğlunun xaricdəki milyonluq biznesi ...

O, Ədliyyə Nazirliyində işləyir, özü də birinci il deyil. Adama elə gələrdi ki, ədliyyə sistemi və ümumiyyətlə, dövlət xidməti ciddi işdir, lakin insanın əsl mahiyyəti gec-tez qalib gəlir.

Murad əsasən özü və dostları üçün ziyafətlər və konsertlər təşkil edən şirkətin sahibidir. Onun ürəyi “Pitbull” ləqəbli dünya ulduzu ilə əylənmək istəyir. Hansı ki, bu ulduz Cenifer Lopeslə duet oxuyur. Heç bir problem yoxdur, Muradın ürəyi istəyirsə, “Pitbull” Bakıda konsert verməlidir.

murad axundov

Ziyafətlər kralı olan Murad Axundov Azərbaycan paytaxtının bütün “tusovka” iştirakçılarının xəyal etdiyi ulduzlarla dostluq edir. Yeri gəlmişkən, Bakıda Muradın keçmiş qızları ilə görüşmək də böyük şərəfdir, onun bardakı masasının qalıqları da üstünlük vəd edir.

Uşaqlıqda Murad Zuğulbadakı ikinci hökumət iqamətgahında tanış olduğu oğlanların lideri idi. Hansı ki, onlar ilk seksual təcrübələrini əldə edir, poker oynayır və dövlət məmurlarının balalarının digər qumar oyunlarının iştirakçısı olurdular.

Lakin Zuğulba iqamətgahı yeniyetmə oğlan üçün artıq ciddi görünmür: Kann, Monako, Marbelyu, kazino, maşınlar, ən yaxşı klublarda “tusovka”lar, bahalı kostyumlar və saatlar – bütün bunlar 1989-cu ildən Azərbaycanın Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisi olan atanın oğlu, cənab oğul Axundov üçün təbii haldır.

Yaş artdıqca iştah da artır. Və dünya da azlıq etməyə başlayır. Muradın 14 yaşından əylənməyə başladığı nəzərə alınarsa, o zaman yerli əyləncələr onu yormalıdır. Artıq bir neçə ildir ki, Murad öz ətrafı ilə gah Lacivərd sahillərdə, gah Marbelyuda, ən azından Dubayda əylənir. Ümumiyyətlə, klubda “Crystal” şampanına bir neçə min dollar ödəmək onun üçün adi işdir.

Картинки по запросу vaqif axundovun oglu

Bakının tozlu yollarında tıxacda qalmaqdansa “Porshe 911” kabrioletində Kann yollarında şütüməyi sevir. Əlbəttə ki, həm də kazinoları. Azərbaycanlılar da ərəblər kimi Lacivərd sahillərin əsas qumar müştəriləridir və Murad Axundov da istisna deyil.

Ötən ilin yayında Kanndakı “Gotha” klubunda, müştərinin sifariş etdiyi sözlərin bir neçə min avronun əvəzində monitorlarda bütün kluba yayıldığı yerdə Murad və onun sadiq dostları “Azərbaycan” sözünü sifariş veriblər. Və budur, striptizçilərin rəqsləri altında və Fransadakı erməni lobbisinin pəncərəsinin qarşısında, Lacivərd sahillərin ən bahalı klubunda bizim 20 faizi Ermənistan tərəfindən işğal olunmuş vətənimizin adı səslənir.

Heydər Əliyev Fondunun Azərbaycanı dünyada zəngin mədəniyyətə, ziyalı insanlara malik ölkə kimi tanıtmağa, beynəlxalq ictimaiyyətə bizim Qarabağ münaqişəsindən əziyyət çəkən ölkə olduğumuzu çatdırmağa çalışdığı bir vaxtda məmurların uşaqları öz hərəkətləri ilə bütün bu işlərin üstündən xətt çəkir.

Hollivud öz karyeralarını lap aşağıdan başlayan milyarderlər barədə motivasiyalı filmlər çəkir. Azərbaycanda isə hələ də hamı ağzını açıb naməlum mənşəli pulları sağa-sola səpələyən məmur uşaqlarına tamaşa edir. İnternetdə müxtəlif VİP səhifələrdən köçürülümş şəkillərin toplandığı hər cür hesablar və forumlar var.

Maşınlarla, telefonlarla çimərlikdə çəkilmiş şəkilləri bu yazılarla müşayiət olunur: “Bakının ən elit oğlanı”.

Və bizim burada məmur balalarının şirin həyatından hiddətləndiyimiz bir vaxtda bu cür səhifələrin on minlərlə azarkeşi var. Məmurların balaları öz “elitarlıqları” ilə nə edəcəklərini artıq bilmirlər, onlar atalarından hədiyyə olan dəbdbənin və öz həmyaşıdlarının nifrətinin içində üzürlər.

Hazırda vəzifə tutan məmur övladlarının lüks həyat tərzlərini əks etdirən fotolarla yanaşı bir müddət əvvəl vəzifəsindən azad edilən Xəzər Dəniz Gəmiçilik İdarəsinin sabiq rəisi Aydın Bəşirovun oğlunun da ərəb şahzadələri sayaq ov edərkən çəkilən fotoları yayılmışdı.
Son vaxtlar məmur övladlarının belə fotolarının yayılması daha çox  hakimiyyət daxili kompromat savaşının tərkib hissəsi kimi qiymətləndirilir. Belə məlumatlar var ki, bununla bir sıra məmurlar bir-birini vurmağa çalışırlar.  Məqsədin nə olmasından asılı olmayaraq, yayılan şəkillər və məlumatlar göstərir ki, prezident İlham Əliyevin xəbərdarlıqlarına baxmayaraq, məmurların və onların övladlarının harınlığı sərhəd tanımır. 
Eyni zamanda  kazino qumarbazı Murad Axundov Çexiyada daşınmaz əmlak şirkəti açıb.AG PROPERTY GROUP s.r.o. şirkəti ötən il yanvarın 25-də 50000 çex kronu nizamnamə kapitalı ilə Praqada qeydiyyatdan keçirilib(qeydiyyat nömrəsi C 289156).Bakı şəhəri,Nəsimi rayonu,Suleyman Rüstəmov küçəsində qeydiyyatda olan1985-ci il təvəllüdlü Murad Axundovun şəriki Binəqədi rayon sakini,Ramazanov küçəsi75 ünvanında qeydiyyatda olan Zaman Qəhrəmanov adlı şəxsdir.Murad Axundov şirkətdə 70 faiz paya malikdir.Şirkətin maliyyə sənədləri təqdim edilmədiyindən onun dövroyyəsi ilə bağlı məlumat yoxdur.Hətta o da bəlli deyil ki,Murad Axundov daşınmazəmlak şirkəti üzərindən hansı planlarını reallaşdırıb.
Qeyd edək ki,Vaqif Axundovun oğlu dünyanın ən müxtəlif kazinolarında oynayaraq indiyədək ümumilikdə 1291340 ABŞ dollar udub.Lakin nə qədər uduzduğu bəlli deyil.
Xalqdan oğurladıqları milyonlar hesabına bu rejimin oliqarx cavanı dünyanın ən zəngin iş adamlarından belə lüks həyat tərzi sürürlər.

Müəllif:Elmir Babayev "Xalq Xəbər" qazetinin baş redaktoru

dle

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN